Ödənişin Ləğvi və Geri Qaytarma Siyasəti
Bu sənəd QR Gate abunəlik ödənişləri, abunəliyin ləğvi və vəsaitin geri qaytarılması qaydalarını müəyyən edir.
1. Ödəniş
- Xidmət abunəlik əsasında göstərilir. Abunəliyin qiyməti seçilmiş plandan, istifadəçi (personal) və giriş nöqtəsi (gate) sayından, habelə abunəlik müddətindən asılıdır.
- Ödəniş seçilmiş dövr üçün əvvəlcədən həyata keçirilir.
- Ödənişlər lisenziyalı ödəniş təşkilatı vasitəsilə aparılır; kart məlumatları Sistemdə saxlanılmır.
- Ödəniş təsdiqləndikdən sonra abunəlik avtomatik aktivləşir və müvafiq sənəd (qaimə/qəbz) təqdim olunur.
2. Abunəliyin ləğvi
- İstifadəçi abunəliyi istənilən vaxt ləğv edə bilər. Ləğv cari ödənilmiş dövrün sonunda qüvvəyə minir - xidmət həmin dövrün sonuna qədər davam edir.
- Ləğv avtomatik olaraq məlumatların dərhal silinməsi demək deyil; məlumatların saxlanması Məxfilik Siyasəti-nə uyğun aparılır.
- Ödəniş öhdəliyi yerinə yetirilmədikdə xidmət dayandırıla bilər.
3. Vəsaitin geri qaytarılması
- Ödəniş edildikdən sonra 14 təqvim günü ərzində xidmətdən razı qalınmadıqda istifadəçi yazılı müraciətlə geri qaytarma tələb edə bilər.
- Bu müddət bitdikdən sonra, aşağıda göstərilən istisnalar xaricində, ödənilmiş abunəlik haqqı geri qaytarılmır.
- Proveb MMC-in öhdəliklərini yerinə yetirməməsi və ya xidmətdən istifadəni əhəmiyyətli dərəcədə mümkünsüz edən ciddi texniki problem yarandıqda ödəniş tam və ya qismən geri qaytarıla bilər.
- Uzunmüddətli abunəlikdə (6 ay, 12 ay və daha çox) Proveb MMC-in məsuliyyətində olan səbəbdən xidmət davam etdirilə bilmirsə, abunəlik dayandırılır və yalnız istifadə edilməmiş dövr üçün hesablama aparılır.
- İstifadə edilmiş dövrə görə ödəniş geri qaytarılmır.
- Geri qaytarılan məbləğdən bank komissiyaları, ödəniş sistemlərinin tutulmaları və qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər məcburi ödənişlər çıxılır.
- Ödənişsiz sınaq (demo) müddəti üçün ödəniş alınmadığından geri qaytarma tətbiq edilmir.
4. Geri qaytarma mümkün olmayan hallar
- istifadəçinin xidmətdən könüllü imtina etməsi;
- abunəlik ehtiyacının aradan qalxması;
- istifadəçinin fəaliyyətinin dayandırılması, hüquqi şəxsin ləğvi və ya struktur dəyişikliyi;
- xidmətin bu şərtlərə zidd və ya düzgün olmayan istifadəsi;
- şərtlərin ciddi pozulmasına görə Proveb MMC tərəfindən xidmətə xitam verilməsi.
Geri qaytarma ilə bağlı qərar faktiki hallar və təqdim edilmiş əsaslar nəzərə alınmaqla qəbul edilir.
5. Müraciət qaydası
Geri qaytarma tələbi hesabın rəsmi e-poçt ünvanından [email protected] ünvanına göndərilir. Müraciətdə şirkət adı, ödəniş tarixi və məbləği göstərilməlidir. Müraciətlərə iş günləri ərzində baxılır.
6. Geri qaytarma müddəti
Tələb təsdiqləndikdən sonra vəsait ödənişin edildiyi üsulla, ödəniş təşkilatının müəyyən etdiyi müddət ərzində qaytarılır.