QR ilə Skan Et, Giriş Qeyd Olunsun
Qrgate-in əsas funksiyası əməkdaşların giriş nöqtələrində yerləşdirilmiş QR kodları mobil tətbiq vas...
Daha çoxQRGate-də nəyin dəyişdiyini, hansı funksiyaların əlavə olunduğunu bu səhifədən izləyə bilərsiniz.
Seçilmiş hesabatın gündəlik, həftəlik və ya aylıq hazırlanıb uyğun şəxslərə çatdırılmasını əvvəlcədən qurmaq mümkündür. Bu, ay sonunda təkrarlanan «hesabatı yığ, formatla, göndər» zəncirini aradan qaldırır.
QRGate-də planlı hesabat imkanları əlavə olunub. Hesabat bir dəfə seçilir, ona ad verilir, hazırlanma tezliyi və vaxtı göstərilir, alıcılar və əhatə müəyyən edilir - sonra o, həmin qaydada hazırlanıb çatdırılır.
Tezlik gündəlik, həftəlik və ya aylıq ola bilər. Həftəlik variantda həftənin günü, aylıq variantda isə ayın günü seçilir; hər ikisində hazırlanma saatı göstərilir.
Girişlər, çıxışlar, gecikənlər, erkən ayrılanlar, işlənən günlər, məzuniyyətlər, icazələr, əlavə iş saatları, koordinat xarici qeydlər və cihazlar üzrə hesabatlar planlı şəkildə hazırlana bilər. Fayl Excel və ya PDF formatında verilir.
Alıcı şirkətin strukturuna uyğun seçilir: şirkət sahibi, seçilmiş istifadəçi və ya əməkdaş, müəyyən rol üzrə adminlər, yaxud hesabatın əhatə etdiyi filial və departamentə cavabdeh şəxslər.
Əhatə də məhdudlaşdırıla bilər - hesabat bütün şirkət üzrə və ya yalnız seçilmiş filial, departament və şöbə üçün hazırlanır. Beləliklə filial rəhbəri bütün şəbəkənin deyil, öz sahəsinin hesabatını alır.
Müntəzəm hesabat işi görünməz vaxt aparır. Eyni kəsim hər həftə və ya hər ay yenidən qurulur, eyni formata çevrilir, eyni adamlara göndərilir - və nəyisə unutmaq riski hər dəfə qalır.
Planlı hesabat bu zənciri bir dəfəlik qurulmaya çevirir. Rəhbərlik məlumatı gözləmədən alır, HR isə hesabat hazırlamaq yerinə onun nəticəsi ilə məşğul olur.
İstənilən an hesabat qurub çıxarmaq imkanı olduğu kimi qalır. Planlı hesabat onu əvəz etmir - yalnız təkrarlanan göndərişi avtomatlaşdırır.
Qrgate-in əsas funksiyası əməkdaşların giriş nöqtələrində yerləşdirilmiş QR kodları mobil tətbiq vas...
Daha çoxAy, il və filial üzrə davamiyyət məlumatlarından tabel formalaşdırmaq, nəticəni Excel və PDF kimi çı...
Daha çoxGiriş-çıxış qeydlərində lokasiya məlumatının nəzərə alınması ilə davamiyyət nəzarəti daha dəqiq və ş...
Daha çox