QRGate həlləri

Kamera ilə nəzarət

Qeydiyyat zamanı əlavə vizual təsdiqləmə üçün əməkdaşın fotosu qeydə alına bilər. Bu, qeydiyyat hadisəsinin daha etibarlı yoxlanmasına və şübhəli halların sonradan nəzərdən keçirilməsinə imkan verir.

QRGate tətbiqində qeydiyyat zamanı əməkdaşın fotosunun çəkilməsi

Vizual təsdiq

Qeydiyyat foto ilə birlikdə saxlanılır

Sonradan yoxlama

Şübhəli hallar arxivdən nəzərdən keçirilir

Seçimli istifadə

Yalnız lazım olan obyektlərdə açılır

Daha az mübahisə

Qeyd konkret təsdiqlə dəstəklənir

Həll haqqında

Bəzi obyektlərdə qeydiyyatın kim tərəfindən edildiyini vizual olaraq təsdiqləmək lazım gəlir. QRGate qeydiyyat anında əməkdaşın fotosunu qeydə ala bilər.

Foto qeydin özü ilə birlikdə saxlanılır: şübhəli hal yaranarsa rəhbərlik həmin qeydiyyata sonradan baxa bilir - izahat və mübahisə əvəzinə konkret qeyd olur.

Funksiya obyektin ehtiyacına görə açılır; şirkət onu bütün əməkdaşlar və ya yalnız seçilmiş qruplar üçün işlədə bilər.

Necə işləyir?

  1. Funksiya açılır

    Foto təsdiqi yalnız seçilmiş obyektlər üçün aktivləşdirilir

  2. Skan zamanı foto çəkilir

    Əməkdaş kodu oxudanda şəkil qeydi tamamlayır

  3. Foto qeydlə saxlanılır

    Şəkil tarix, saat və giriş nöqtəsi ilə birlikdə arxivləşir

  4. Sonradan yoxlanılır

    Şübhəli hal fotoya baxmaqla aydınlaşdırılır

Digər həllərimiz

Bütün həllərə bax

Cihaza nəzarət

Əməkdaş hesabının fərqli və ya uyğun olmayan cihazdan istifadəsi müəyyən edilə bilər. Bu yanaşma bir əməkdaşın digər əməkdaşın hesabı ilə qeydiyyat etməsi kimi halların qarşısını almağa kömək edir.

Daha çox

Rəqəmsal nəzarət

İşçilərin giriş-çıxış və davamiyyət məlumatlarını rəqəmsal şəkildə izləyin. Gecikmələri və gündəlik aktivliyi daha aydın görün, rəhbərlik üçün daha şəffaf və izlənilə bilən nəzarət yaradın.

Daha çox

Sadə qurulum

QRGate-dən istifadə üçün mürəkkəb davamiyyət infrastrukturu tələb olunmur. Giriş nöqtələri üçün QR kodlar yerləşdirilir, əməkdaşlar mobil tətbiqdən istifadə edir və sistem qısa müddətdə istifadəyə hazır olur.

Daha çox