QRGate həlləri

Rəqəmsal nəzarət

İşçilərin giriş-çıxış və davamiyyət məlumatlarını rəqəmsal şəkildə izləyin. Gecikmələri və gündəlik aktivliyi daha aydın görün, rəhbərlik üçün daha şəffaf və izlənilə bilən nəzarət yaradın.

QRGate mobil tətbiqində uğurlu qeydiyyat və paneldə işçilərin giriş-çıxış siyahısı

Anlıq mənzərə

Gün bitmədən davamiyyəti görün

Aydın gecikmələr

Gec başlayan növbələr özü seçilir

Hazır hesabat

İstənilən dövr üzrə göstəricilər

Vahid qeyd

Rəhbər və əməkdaş eyni məlumata baxır

Həll haqqında

Kağız jurnal və Excel cədvəli davamiyyəti yalnız gün bitəndən sonra göstərir. QRGate ilə giriş-çıxış qeydiyyatı elektron formada aparılır: kimin işə başladığı, kimin gecikdiyi və kimin hələ qeydiyyatdan keçmədiyi gün ərzində görünür.

Hər qeyd tarixi, saatı və aid olduğu giriş nöqtəsi ilə birlikdə saxlanılır. Ay sonunda məlumat toplamağa ehtiyac qalmır - göstəricilər hazır şəkildə paneldədir və istənilən dövr üzrə yoxlanıla bilər.

Beləliklə davamiyyət mübahisə mövzusu olmaqdan çıxır: rəhbər də, əməkdaş da eyni qeydə baxır.

Necə işləyir?

  1. Giriş nöqtəsi seçilir

    Ofis, filial və ya obyekt üçün QR kod paneldən yaradılır

  2. Əməkdaş skan edir

    İşə gələndə və çıxanda kodu mobil tətbiqlə oxudur

  3. Qeyd yazılır

    Tarix, saat və giriş nöqtəsi birlikdə saxlanılır

  4. Hesabat oxunur

    Gecikmə, davamiyyət və iş saatları paneldə dərhal görünür

Digər həllərimiz

Bütün həllərə bax

Sadə qurulum

QRGate-dən istifadə üçün mürəkkəb davamiyyət infrastrukturu tələb olunmur. Giriş nöqtələri üçün QR kodlar yerləşdirilir, əməkdaşlar mobil tətbiqdən istifadə edir və sistem qısa müddətdə istifadəyə hazır olur.

Daha çox

Mərkəzləşdirilmiş panel

Filiallar, əməkdaşlar, davamiyyət, gecikmələr və hesabatlar vahid paneldən idarə olunur. Rəhbərlik gündəlik vəziyyəti və əsas göstəriciləri bir nöqtədən izləyə bilir.

Daha çox

GPS ilə nəzarət

Qeydiyyat zamanı işçinin icazə verilən məkanla uyğunluğu yoxlanıla bilər. İcazə verilən koordinatdan kənarda edilən qeydiyyatlar müəyyən edilərək nəzarət boşluqlarının azalmasına kömək edir.

Daha çox