QRGate həlləri

Sadə qurulum

QRGate-dən istifadə üçün mürəkkəb davamiyyət infrastrukturu tələb olunmur. Giriş nöqtələri üçün QR kodlar yerləşdirilir, əməkdaşlar mobil tətbiqdən istifadə edir və sistem qısa müddətdə istifadəyə hazır olur.

Ofis girişinə yerləşdirilmiş QRGate QR kod lövhəsi

Tez başlanğıc

Qısa müddətdə istifadəyə hazır olur

Minimum avadanlıq

Turniket və kart oxuyucu lazım deyil

Mobil tətbiq

Əməkdaşın öz telefonu ilə işləyir

Asan genişlənmə

Yeni filial eyni qaydada əlavə olunur

Həll haqqında

Davamiyyət sisteminə keçid çox vaxt turniket, kart oxuyucu və kabel işi ilə əlaqələndirilir. QRGate belə bir infrastruktur tələb etmir: giriş nöqtəsinə QR kod lövhəsi yerləşdirmək və əməkdaşları tətbiqə dəvət etmək kifayətdir.

Ayrıca avadanlıq alınmır - sistem əməkdaşın öz telefonu ilə işləyir. Yeni filial açılanda eyni addımlar təkrarlanır, yəni şirkət böyüdükcə əlavə quraşdırma işi yaranmır.

Nəticədə sınaq mərhələsi uzun hazırlıq olmadan keçir və ilk davamiyyət qeydləri elə həmin gün görünür.

Necə işləyir?

  1. QR kod hazırlanır

    Hər giriş nöqtəsi üçün kod paneldən yaradılır və çap olunur

  2. Kod yerləşdirilir

    Giriş qapısına və ya resepşna asılır - əlavə avadanlıq lazım deyil

  3. Əməkdaşlar dəvət alır

    Komanda paneldən əlavə olunur və tətbiqi telefonuna quraşdırır

  4. Sistem işə düşür

    İlk skan edilən kod paneldə dərhal görünür

Digər həllərimiz

Bütün həllərə bax

Mərkəzləşdirilmiş panel

Filiallar, əməkdaşlar, davamiyyət, gecikmələr və hesabatlar vahid paneldən idarə olunur. Rəhbərlik gündəlik vəziyyəti və əsas göstəriciləri bir nöqtədən izləyə bilir.

Daha çox

GPS ilə nəzarət

Qeydiyyat zamanı işçinin icazə verilən məkanla uyğunluğu yoxlanıla bilər. İcazə verilən koordinatdan kənarda edilən qeydiyyatlar müəyyən edilərək nəzarət boşluqlarının azalmasına kömək edir.

Daha çox

Kamera ilə nəzarət

Qeydiyyat zamanı əlavə vizual təsdiqləmə üçün əməkdaşın fotosu qeydə alına bilər. Bu, qeydiyyat hadisəsinin daha etibarlı yoxlanmasına və şübhəli halların sonradan nəzərdən keçirilməsinə imkan verir.

Daha çox