Offline Qalmaq Qorxusu (FOMO) – Rəqəmsal Dünyanın Yeni Stressi
Tarix: 10 may 2025
Offline Qalmaq Qorxusu (FOMO) – Rəqəmsal Dünyanın Yeni Stressi

Son zamanlar bir çox insan telefonunu uzaqda saxladıqda qəribə bir narahatlıq hiss edir. Sanki nəyisə qaçırırmış kimi. Bu halın adı FOMO-dur – yəni “fear of missing out” – “nəyisə qaçırmaq qorxusu”.

FOMO bizi daim onlayn olmağa, sosial şəbəkələri tez-tez yoxlamağa, başqalarının həyatını izləməyə vadar edir. Nəticədə isə həm vaxt itiririk, həm də öz həyatımızdan narazı qalmağa başlayırıq. Çünki gördüyümüz hər şey "filtrdən keçmiş xoşbəxtlik"dir.

Texnologiya bizə çox şey verir, amma bəzən də bizdən alır: diqqət, daxili sakitlik və gerçək anı yaşamaq bacarığı. FOMO ilə mübarizə aparmaq üçün gün ərzində texnologiyasız vaxtlar təyin etmək, sosial media istifadəsini limitləmək və öz həyatımıza fokuslanmaq vacibdir.

Həyat online deyil, buradadır – indi və burada.