# İntellektual Mülkiyyət Hüquqları

- Kanonik ünvan: https://qrgate.az/az/legal/intellectual-property
- Markdown: https://qrgate.az/az/legal/intellectual-property.md
- Dil: az

**QR Gate** proqram təminatı üzərində mülkiyyət və müəllif hüquqları müstəsna olaraq Proveb MMC-ə məxsusdur. Bu bildiriş sistemdən istifadə edən bütün şəxslərə - həm abunəçilərə, həm də ödənişsiz sınaq (demo) iştirakçılarına şamil olunur.

## 1. Qorunan obyektlər

Müstəsna intellektual mülkiyyət hüququ aşağıdakılara şamil edilir:

- mənbə və obyekt kodu (source/object code);
- daxili arxitektura, alqoritmlər və məntiqi struktur;
- verilənlər bazası modelləri və məlumat strukturları;
- interfeys dizaynı (UI/UX), vizual elementlər və idarəetmə (admin) paneli;
- biznes-məntiqi, biznes modeli və texniki həll;
- sənədləşdirmə, adlandırma sistemi və məhsulun brendi.

## 2. Qadağan olunan hərəkətlər

İstifadəçi birbaşa və ya dolayısı ilə (rəhbərliyi, təsisçiləri, işçiləri, podratçıları və ya əlaqəli şəxsləri vasitəsilə) aşağıdakıları etmək hüququna malik deyil:

- **Vizual kopyalama:** idarəetmə panelinin, funksiyaların, menyu strukturunun və işləmə mexanizminin ekran şəkillərini, video qeydini və ya hər hansı vizual surətini **bənzər məhsul hazırlamaq, rəqabət və ya üçüncü şəxsə ötürmək məqsədilə** çıxarmaq və yaymaq. *İstisna:* istifadəçinin öz şirkətinin daxili ehtiyacı üçün öz məlumatlarının (hesabat, tabel, davamiyyət) ekran şəklini çəkməsi bu qadağaya düşmür;
- **Tərs proqramlaşdırma:** proqram təminatını tam və ya qismən kopyalamaq, dekompilyasiya etmək, daxili məntiqini və alqoritmlərini öyrənmək məqsədilə süni intellekt alətlərindən, skriptlərdən və ya avtomatlaşdırılmış proqramlardan istifadə etmək;
- **Rəqib məhsul yaratmaq:** sistemin arxitekturasından, dizaynından və ya iş prinsipindən bəhrələnərək bənzər, alternativ və ya rəqib məhsul layihələndirmək, yaratmaq, yaxud bu məqsədlə üçüncü şəxslərə məsləhət və texniki tapşırıq formasında yardım etmək;
- **Girişin ötürülməsi:** giriş məlumatlarını (istifadəçi adı, şifrə, API açarları) səlahiyyətli əməkdaşlardan kənar fiziki və ya hüquqi şəxsə ötürmək;
- proqram təminatını icazəsiz olaraq subicarəyə vermək, satmaq, yaymaq və ya kommersiya məqsədilə üçüncü şəxsə təqdim etmək.

## 3. Kommersiya sirri və konfidensiallıq

Sistemə daxil olmaqla əldə edilən hər növ texniki, texnoloji və kommersiya məlumatı, habelə sistemin daxili strukturu **kommersiya sirri** sayılır. İstifadəçi bu məlumatın üçüncü şəxslərin əlinə keçməməsi üçün zəruri təhlükəsizlik və təşkilati tədbirləri görməyə borcludur. Konfidensiallıq öhdəliyi istifadə münasibətləri bitdikdən sonra da **5 il** ərzində qüvvədə qalır.

## 4. Şərtlərin qəbulu və sübut

Bu sənəd qeydiyyat zamanı və sistemə ilk girişdə istifadəçi tərəfindən **açıq şəkildə qəbul edilir**. Qəbul anı sistemdə qeydə alınır: tarix və saat, IP ünvanı, cihaz məlumatı, habelə qəbul edilən sənədin həmin andakı redaksiyası və mətnin rəqəmsal barmaq izi (SHA-256). Bu qeyd sənədin sonrakı yenilənməsindən asılı olmayaraq saxlanılır.

Sistemə daxil olma qeydləri (server logları), IP ünvanları, sistemdaxili hərəkət analitikası, verilənlər bazası jurnalları və server sorğuları pozuntu faktını müəyyən etmək üçün saxlanılır və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sübut kimi təqdim edilə bilər.

## 5. Məsuliyyət

Müəllif hüquqlarının pozulması, kommersiya sirrinin yayılması və ya rəqib məhsul yaradılması hallarında Proveb MMC dəymiş real zərərin və əldən çıxmış faydanın ödənilməsini, habelə işgüzar nüfuzun bərpası ilə bağlı xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Belə hallarda hesab dərhal bloklanır və qanunla nəzərdə tutulmuş hüquqi tədbirlər görülür.

## 6. Yurisdiksiya

Bu bildirişdən irəli gələn mübahisələr ilk növbədə yazılı iddia qaydasında həll edilir. Razılıq əldə edilmədikdə mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəmədə baxılır.

## Əlaqəli səhifələr

- QR davamiyyət sistemi yoxsa turniket sistemi - [Markdown](https://qrgate.az/az/qr-davamiyyet-yoxsa-turniket.md) | [HTML](https://qrgate.az/az/qr-davamiyyet-yoxsa-turniket)
- İşçinin faktiki işlədiyi vaxtı necə… - [Markdown](https://qrgate.az/az/faktiki-is-vaxtini-mueyyen-etmek.md) | [HTML](https://qrgate.az/az/faktiki-is-vaxtini-mueyyen-etmek)
- İşçi giriş-çıxış sistemi nədir - [Markdown](https://qrgate.az/az/isci-giris-cixis-sistemi.md) | [HTML](https://qrgate.az/az/isci-giris-cixis-sistemi)
- Fərqli iş saatları olan əməkdaşların… - [Markdown](https://qrgate.az/az/ferqli-is-saatlari-davamiyyet.md) | [HTML](https://qrgate.az/az/ferqli-is-saatlari-davamiyyet)
- QR kodla işçi davamiyyət sistemi necə işləyir - [Markdown](https://qrgate.az/az/qr-kodla-isci-davamiyyet-sistemi.md) | [HTML](https://qrgate.az/az/qr-kodla-isci-davamiyyet-sistemi)
- Əlavə avadanlıq olmadan işçi davamiyyətini… - [Markdown](https://qrgate.az/az/avadanliqsiz-isci-davamiyyeti.md) | [HTML](https://qrgate.az/az/avadanliqsiz-isci-davamiyyeti)
