# Ödənişin Ləğvi və Geri Qaytarma Siyasəti

- Kanonik ünvan: https://qrgate.az/az/huquqi-melumat/refund-cancellation-policy
- Markdown: https://qrgate.az/az/huquqi-melumat/refund-cancellation-policy.md
- Dil: az

Bu sənəd QR Gate abunəlik ödənişləri, abunəliyin ləğvi və vəsaitin geri qaytarılması qaydalarını müəyyən edir.

## 1. Ödəniş

- Xidmət abunəlik əsasında göstərilir. Abunəliyin qiyməti seçilmiş plandan, istifadəçi (personal) və giriş nöqtəsi (gate) sayından, habelə abunəlik müddətindən asılıdır.
- Ödəniş seçilmiş dövr üçün əvvəlcədən həyata keçirilir.
- Ödənişlər lisenziyalı ödəniş təşkilatı vasitəsilə aparılır; kart məlumatları Sistemdə saxlanılmır.
- Ödəniş təsdiqləndikdən sonra abunəlik avtomatik aktivləşir və müvafiq sənəd (qaimə/qəbz) təqdim olunur.

## 2. Abunəliyin ləğvi

- İstifadəçi abunəliyi istənilən vaxt ləğv edə bilər. Ləğv cari ödənilmiş dövrün sonunda qüvvəyə minir - xidmət həmin dövrün sonuna qədər davam edir.
- Ləğv avtomatik olaraq məlumatların dərhal silinməsi demək deyil; məlumatların saxlanması **Məxfilik Siyasəti**-nə uyğun aparılır.
- Ödəniş öhdəliyi yerinə yetirilmədikdə xidmət dayandırıla bilər.

## 3. Vəsaitin geri qaytarılması

- Ödəniş edildikdən sonra **14 təqvim günü** ərzində xidmətdən razı qalınmadıqda istifadəçi yazılı müraciətlə geri qaytarma tələb edə bilər.
- Bu müddət bitdikdən sonra, aşağıda göstərilən istisnalar xaricində, ödənilmiş abunəlik haqqı geri qaytarılmır.
- Proveb MMC-in öhdəliklərini yerinə yetirməməsi və ya xidmətdən istifadəni əhəmiyyətli dərəcədə mümkünsüz edən ciddi texniki problem yarandıqda ödəniş tam və ya qismən geri qaytarıla bilər.
- Uzunmüddətli abunəlikdə (6 ay, 12 ay və daha çox) Proveb MMC-in məsuliyyətində olan səbəbdən xidmət davam etdirilə bilmirsə, abunəlik dayandırılır və **yalnız istifadə edilməmiş dövr** üçün hesablama aparılır.
- İstifadə edilmiş dövrə görə ödəniş geri qaytarılmır.
- Geri qaytarılan məbləğdən bank komissiyaları, ödəniş sistemlərinin tutulmaları və qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər məcburi ödənişlər çıxılır.
- Ödənişsiz sınaq (demo) müddəti üçün ödəniş alınmadığından geri qaytarma tətbiq edilmir.

## 4. Geri qaytarma mümkün olmayan hallar

- istifadəçinin xidmətdən könüllü imtina etməsi;
- abunəlik ehtiyacının aradan qalxması;
- istifadəçinin fəaliyyətinin dayandırılması, hüquqi şəxsin ləğvi və ya struktur dəyişikliyi;
- xidmətin bu şərtlərə zidd və ya düzgün olmayan istifadəsi;
- şərtlərin ciddi pozulmasına görə Proveb MMC tərəfindən xidmətə xitam verilməsi.

Geri qaytarma ilə bağlı qərar faktiki hallar və təqdim edilmiş əsaslar nəzərə alınmaqla qəbul edilir.

## 5. Müraciət qaydası

Geri qaytarma tələbi hesabın rəsmi e-poçt ünvanından [info@qrgate.az](mailto:info@qrgate.az) ünvanına göndərilir. Müraciətdə şirkət adı, ödəniş tarixi və məbləği göstərilməlidir. Müraciətlərə iş günləri ərzində baxılır.

## 6. Geri qaytarma müddəti

Tələb təsdiqləndikdən sonra vəsait ödənişin edildiyi üsulla, ödəniş təşkilatının müəyyən etdiyi müddət ərzində qaytarılır.

## Əlaqəli səhifələr

- QR kodla işçi davamiyyət sistemi necə işləyir - [Markdown](https://qrgate.az/az/qr-kodla-isci-davamiyyet-sistemi.md) | [HTML](https://qrgate.az/az/qr-kodla-isci-davamiyyet-sistemi)
- Davamiyyət sisteminin tətbiqi - [Markdown](https://qrgate.az/az/davamiyyet-sisteminin-tetbiqi.md) | [HTML](https://qrgate.az/az/davamiyyet-sisteminin-tetbiqi)
- İşçilərin gecikməsini avtomatik necə… - [Markdown](https://qrgate.az/az/iscilerin-gecikmesini-avtomatik-izlemek.md) | [HTML](https://qrgate.az/az/iscilerin-gecikmesini-avtomatik-izlemek)
- İşçilərin davamiyyətinə nəzarət necə… - [Markdown](https://qrgate.az/az/iscilerin-davamiyyetine-nezaret.md) | [HTML](https://qrgate.az/az/iscilerin-davamiyyetine-nezaret)
- Növbəli işləyən əməkdaşların davamiyyəti… - [Markdown](https://qrgate.az/az/novbeli-emekdas-davamiyyeti.md) | [HTML](https://qrgate.az/az/novbeli-emekdas-davamiyyeti)
- İş vaxtı tabeli necə hazırlanır - [Markdown](https://qrgate.az/az/is-vaxti-tabeli-nece-hazirlanir.md) | [HTML](https://qrgate.az/az/is-vaxti-tabeli-nece-hazirlanir)
