İşçilərin giriş-çıxışına nəzarət edin, işin gedişinə yön verin.

Personalın giriş-çıxış saatlarının dəqiq və asanlıqla izlənməsi sayəsində işinizin idarəetməsini bir addım irəliyə aparın.

Öz Planını Seç
8,000+
Ümumi Aylıq İstifadəçi
4.9
İstifadəçi Məmnuniyyəti
80+ Şirkət bizə İnanır!
  • Blue Residence
  • Müasir Tikintilər
  • Maajid Hotel
  • Discover Azerbaijan
  • Machine Azerbaijan
  • BEIC
  • Seemoorg
  • flyer.az
  • Azerobot
  • Kurikulum
Asan və Sürətli Başlanğıc Addımları
1

Quraşdırma

Qeydiyyatdan keçin, QR kodu çap edib girişə yerləşdirin.

2

İstifadə

Əlavə etdiyiniz işçilər giriş-çıxış zamanı kodu skan edir.

3

Nəzarət

Davamiyyət həm real vaxtda, həm də tarixçədə əks olunur.

QR Gate tətbiqinin ənənəvi üsullardan üstünlükləri!

Heç bir əlavə avadanlıq tələb etmir

Biometrik və ya giriş terminalları kimi bahalı sistemlərə ehtiyac yoxdur – yalnız telefon və çap olunmuş QR kifayətdir.

Minimum xərclə maksimum nəzarət

Əlverişli qiymətə tam nəzarət imkanı yaradır – davamiyyət sistemi üçün artıq yüksək büdcəyə ehtiyac yoxdur.

Daha asan və sürətli quraşdırma

Sistemi qurmaq üçün xüsusi texniki bilik tələb olunmur – qeydiyyat və işə salmaq cəmi bir neçə dəqiqə çəkir.

Real vaxtda və arxivləşdirilmiş izləmə

İşçi məlumatlarını həm anlıq, həm də tarixçə şəklində izləyə və ehtiyac olduqda hesabat ala bilərsiniz.

Əlverişli və çevik idarəetmə

Ofisdə və ya uzaqdan fərq etməz – QR Gate sizə iş prosesinə tam nəzarət imkanı verir.

Rəqəmsal intizam və şəffaf proses

Qeydlər avtomatik aparılır, insan səhvləri və manipulyasiya riski minimuma endirilir.

Rəqəmsal Nəzarətin Yeni Dövrü

İşçilərin davamiyyətinə nəzarət artıq daha sadə və daha effektivdir. QR Gate ilə müəssisənizdə şəffaflığı və operativliyi təmin edirsiniz. Hər bir skan sistemi real vaxtda məlumat verir və tarixçə saxlayır. Bu, sizə həm insan resurslarına, həm də ümumi idarəetməyə nəzarəti gücləndirmək imkanı yaradır. Əlavə qurğulara və yüksək xərclərə ehtiyac yoxdur. Sadəcə tətbiqi yükləyin və idarəetməyə başlayın.

Daha çox

Sadə Quraşdırma, Güclü Nəticə

QR Gate-i istifadə etmək üçün texniki biliklərə ehtiyac yoxdur. Qeydiyyatdan keçin, işçiləri əlavə edin və QR kodu girişə yerləşdirin. Tətbiq istənilən ölçülü müəssisələr üçün uyğun və çevikdir. İstifadəyə başlamaq üçün sadəcə bir neçə dəqiqə kifayətdir. Gündəlik idarəetmədə sizə vaxt və resurs qazandırır. Texnologiyanı işinizin xidmətinə verin.

Daha çox
Hesablama kalkulyatoru ilə sizə
uyğun qiyməti hesablayın!

QR Gate-ə illik abunə olarkən istifadəçi və ya məkan sayınıza görə ödəniş edirsiniz. Bütün xüsusiyyətlər və hesabatlar açıqdır. Əlavə modul ödənişi yoxdur.

-
+
-
+
1 İllik abunəlik ödənişiniz
3.6 ₼ + ƏDV
  • Personal və ya məkan sayı
    1-3 /ədəd
  • 1 personal üçün aylıq qiymət
    0 ₼ + ƏDV
  • Şirkətiniz üçün aylıq məbləğ
    0.3 ₼ + ƏDV

İstifadəçilərin ən çox verdiyi suallar

QR Gate tətbiqini istifadə etmək üçün əlavə cihaz lazımdır?

Xeyr, sadəcə telefon və çap edilmiş QR kod kifayətdir. Heç bir əlavə texniki qurğu və ya terminal tələb olunmur.

Xeyr. Qeydiyyat və quraşdırma çox sadədir və texniki bilik tələb etmir. Hər kəs rahatlıqla istifadə edə bilər.

Siz həm real vaxtda, həm də tarixçəyə əsaslanan hesabatlarda bütün məlumatları görə bilərsiniz. Bütün məlumatlar paneldə saxlanılır.

Bəli, siz istənilən yerdən, istənilən zaman mobil cihazla sistemə daxil olaraq nəzarət edə bilərsiniz.

Sistem hər skan zamanı cihaz və vaxtla bağlı məlumatları qeydə alır. Uyğunsuzluq aşkarlanarsa, sizə xəbərdarlıq göndərilir.

Sistem sizə işçi, tarix və saat üzrə filtrasiya olunan detallı hesabatlar təqdim edir.

Bəli, siz bir hesab altında bir neçə fərqli müəssisə yaradaraq idarə edə bilərsiniz.

QR kodu giriş-çıxış nöqtəsinə görünən və asan skan edilə bilən yerə yapışdırmağınız kifayətdir.

Müştərilərimizin necə uğur qazanmasına kömək etdiyimizi görün!
Emin Məmmədov
Layihə Meneceri
İlk dəfədir ki, bu qədər sadə və praktik bir davamiyyət sistemi ilə qarşılaşıram. Quraşdırması çox asan oldu və komandamız dərhal uyğunlaşdı. Real vaxtda məlumat almaq bizə daha çevik qərarlar vermək imkanı yaradır.
Rəşad Lətifov
Proqramlaşdırma Şöbəsinin Direktoru
QR Gate tətbiqini iş yerimdə tətbiq etdikdən sonra işçilərin davamiyyətinə nəzarət çox asanlaşıb. Əvvəllər əl ilə yoxlama aparırdıq və bu həm vaxt aparırdı, həm də səhvlərə səbəb olurdu. İndi isə hər şey avtomatik və dəqiq şəkildə qeydə alınır.
Elxan Masimov
Təsisçi
Bizim üçün ən böyük üstünlük odur ki, QR Gate heç bir bahalı avadanlıq tələb etmir. Digər sistemlərdə giriş terminalları və serverlərə xərclər çıxırdı. Bu isə həm büdcəyə uyğundur, həm də daha çevikdir.
Nicat İbrahimov
Direktor
Əvvəllər davamiyyətlə bağlı şikayətlər və anlaşılmazlıqlar çox olurdu. İndi isə hər şey şəffaf və sübutlarla sistemdə qeyd olunur. İşçilər də bu sistemin ədalətli olduğunun fərqindədir.
Hilal Məmmədov
Təsisçi
Tətbiqin quraşdırılması sadədir, texniki bilik tələb etmir. QR kodu girişə qoyduq və dərhal istifadəyə başladıq. Əlavə heç bir qurğuya ehtiyac olmadan işimizin davamiyyət hissəsini rəqəmsallaşdıra bildik.
Şahin Məlikzadə
Həmtəsisçi
Müəssisə rəhbəri olaraq mənim üçün ən vacib məsələ şəffaflıq və operativ məlumatdır. QR Gate bu baxımdan tam ehtiyacımızı qarşılayır. İstədiyim zaman sistemə daxil olub kim nə vaxt gəlib, nə vaxt gedib görə bilirəm.
Nailə Namazova
Direktor
QR Gate tətbiqindən istifadə etdiyimiz gündən bəri işçilərin gəlmə-getmə saatlarını izləmək çox asanlaşıb. Əvvəllər kağız üzərində aparılan qeydiyyatla vaxt itirirdik, indi isə real vaxtda hər şeyi görürük. Ən əsası isə heç bir əlavə cihaz almağa ehtiyac olmadı.
Tətbiqi yükləyin və nəzarətə elə bu gündən başlayın

QR Gate tətbiqini App Store və Play Market-dən yükləyin, işçilərin giriş-çıxışına nəzarət edin, prosesləri rəqəmsallaşdırın.